Şənbə, 04 May

"Putin onları hədələyib, əgər etməsələr..." - Rusiya lideri ilə bağlı ŞOK İDDİA

image

“Putin iş adamlarını hədələyib, onların sərvətlərinin yarısını istəyir, əgər verməsələr, hamısını alıb, özlərini də həbs edəcək”.

Xəbər verilir ki, bunu rusiyalı jurnalist Leonid Berşidski deyib.

İllik rəsmi qazancının 100 min avro olduğu bildirilən Putinin gizli malikanəsində striptiz dirəkləri və əyləncə klubunun da olduğu bildirilib.

Rusiyada 17 ildir hakimiyyətdə olan Putinin çox böyük sərvətə sahib olduğu deyilir. Rusiya liderinin sərvətinin 51 milyard funt-sterlinq olduğu bildirilir. “Vaşinqton Post” isə bu rəqəmin 147 milyard funt-sterlinq olduğunu iddia edir.

Berşidski Putin illər əvvəl “Bütün ölkə mənim əmrimdədir” dediyini yazıb.

Onun sözlərinə görə, Putinin bir barmaq işarəsi bəsdir ki, dövlət şirkətləri öz səhmlərini ucuz qiymətlərə dostlarına satsınlar. Jurnalist qeyd edib ki, ona yaxın olan oliqarxlar və ya iş adamları bununla sərvətlərinə sərvət qatmaqla yanaşı, Putini də zənginləşdirirlər.

Mərhum müxalifət lideri Boris Nemtsov Putinin sərvətinə 4 yaxta, 43 təyyarə, 7000 avtomobil, 15 helikopter daxil olduğunu demişdi. İddiaya görə, Putinin hətta qızılla işlənmiş özəl təyyarəsi var.

Putinin bir milyard funt-sterlinq dəyərində malikanəsinin də olduğu bildirilir. Həbsdə olan müxalifət lideri Aleksey Navalnı ötən il Putinin gizli malikanəsinin fotoşəkillərini yaymışdı. Həmin malikanədə striptiz dirəklərinin olması da müzakirə mövzusuna çevrilmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15